"Ofis mebelləri sahəsində bazara yeniliklər olunmalıdır."
Bunu Fins.az-a müsahibədində “Offisa dizayn” şirkətinin marketinq və satış şöbəsinin müdiri Məhəmməd Əliyev deyib.
Bazara daimi olaraq yeniliklər gəlməsini deyən M.Əliyev bildirib ki, həm məhsul baxımından, həm digər fəaliyyət baxımından bu sahədə çox da yeniliklər gəlmir:
“Hazırda məhsullarımızın dizaynı ilə bunu dəyişməyə, həmçinin, aradakı fərqliliyi qapatmağa çalışırıq. Bazara standart bir işçi masası təqdim etmək istəmirik. Daha modern dizayna malik, üstün keyfiyyətli, diqqəti cəlb edən və sadə tərzdə məhsullar təqdim etmək istəyirik."
Marketoloq qeyd edib ki, Azərbaycanda dizayn sahəsində istedadlı kadrların həddən artıq çoxdur və onlar işlərində kifayət qədər peşəkardırlar.
Leyla Fikrətqızı
Fins.az