BİZNES

10 İyul

PAŞA Property Management şirkətində yeni təyinat

“PAŞA Property Management” şirkətinin Baş kommersiya direktoru vəzifəsinə isə Riad Salayev təyin edilib.

Fins.az xəbər verir ki, R. Salayev 2022-ci ilin avqust ayından etibarən "PAŞA Management Company"də Transformasiya direktoru  olub. Daha əvvəl isə o, "McKinsey", "Landau Məktəbi" və "Schlumberger" kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb.

Qeyd edək ki, “PAŞA Property Management” şirkəti daşınmaz əmlakın satışı, icarəsi və idarə edilməsini həyata keçirir.