BİZNES

10 İyul

“PAŞA Property Management” şirkətində yeni Baş icraçı direktor təyin edilib

“PAŞA Property Management” şirkətinin Baş icraçı direktoru (СEO) vəzifəsinə Elçin Qədimov təyin edilib.

Fins.az xəbər verir ki, bundan əvvəl E. Qədimov şirkətin Baş kommersiya direktoru vəzifəsini icra edirdi.

E.Qədimov 2022-ci ilin əvvəllərinə kimi maliyyə və bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, Cənubi Alabama Universitetinin MBA dərəcəsinə malikdir.