“AE Servis” şirkətinin təsisçisi və direktoru Sərxan Əsgərovun Fins.az-a müsahibəsi.
- Şirkətinizin xidmətləri və prespektivləri nədən ibarətdir?
- 2007-ci ildən fəaliyyət göstəririk. Fəaliyyətimizə Bakı şəhərindən başlamışıq, daha sonra fəaliyyətimizi bölgələrimizdə də davam edirik. Ümumiyyətlə, Azərbaycanın bütün şəhər və rayonlarında xidmət göstəririk. Xidmətlərimizə gəldikdə isə məişət texnikaların təmiri və satışı ilə məşğul oluruq. Bundan başqa, kombi, kondisioner, soyuducu və paltaryuyan sistemləri də işimizə daxildirdir. İlk addımlarımızı atanda 2 nəfərlər başladıq, hazırda isə 15 nəfərlik kollektiklə işləyirik.
Hər bir şirkətin özünəməxsus hədəfləri olduğu kimi, bizim də öz hədəflərimiz var. Hədəflərimiz əsasən yüksək səviyyədə xidmət göstərməkdir və bu sahədə ən yaxşısı, 1-ci yerdə olmaqdır. 2007-ci illə bugünkü gündə müqayisədə hədəflərimiz həm kadr, həm də təcrübə baxımından çox dəyişib. Qeyd etdiyimiz kimi, bundan sonrakı hədəflərimiz yalnız daha da yüksəklərə irəliləməkdir.
- Şirkətinizin ölkə daxilində filialları var?
- Şirkətimiz filialları yoxdur, amma böyük şəhərlərdə əməkdaşlıq etdiyimiz məntəqələr var.
- Bölgələrdə də xidmət göstərməyinizi nəzərə alsaq, o zaman şirkətin xidmətlərinə təlabat səviyyəsi necədir?
- Daha çox təlabat Bakı şəhəri və Abşeron yarımadasını əhatə edir. Çünki ən çox müştəri bazası burada yerləşir. Bölgələrdə isə korporativ şirkətlərdir ki, onlara xidmət göstəririk. Belə ki, bölgələrdə faəliyyət göstərən şirkətlərin sifarişlərini qəbul edirik və həyata keçiririk. Onu da vurğulayım ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da fəaliyyət göstıəririk.
- Keçən ilə nisbətən bu il məişət texnikalarının satışında azalma müşahidə olunub. Bu, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin son hesabatlarında öz əksini tapıb. Bu azalma sizin satışınıza necə təsir edib və nə kimi dəyişikliklərə səbəb olub?
- Ümumiyyətlə, 2020-ci illə bu gün arasında çox fərq var. Amma 2022-ci illə müqayisədə bu il satışlarda böyük fərq hiss olunur. Buna səbəb hava ilə əlaqədardır. Belə ki, havanın tempraturu daimi isti olmayan aylarda bu cür fərqlərlə qarşılaşırıq. Daha dəqiq desək, havanın tempraturu yüksək olmayan aylarda kondisionerlərin və soyuducuların satışında azalma müşahidə olunur. Dövlət Statistika Komitəsinin hesabatları düzdür və bu da bizim satışımıza təsir edib.
- Bu sahədə üzləşdiyiniz problemlər nələrdir?
- Əsasən üzləşdiyimiz problemlər kreditlə bağlı məsələlərdir. İstehlakçıların 90%-i, yəni əksəriyyəti məhsullarımızı kreditlə alırlar. Bizdə daxili kredit deyil, banklar üzərindən çalışırıq. Bizi narahat edən odur ki, bankların faiz dərəcələri yüksək olması və onların şərtləri satışlarımıza təsir edir. Məsələn, bankların müştərilərdən tələbləri çox olur: maaş göstəriciləri, arayışlar və s. Bir sözlə, bankların şərtləri bizi qane etmir. Həmçinin bu məsələ istehsalçılarla istehlakçılar arasında müəyyən anlaşılmazlaıqlara da səbəb olur.
- Kiçik və orta biznes sahibkarları üstünlük təşkil etdiyini nəzərə alsaq, bu, ölkə iqtisadiyyatına müsbət mənada təsir edir. Sahibkarlar banklarla çalışmaqla düşünürlər ki, onların işlərinə dəstək olacaq. Amma sizin fikrirlərinzidən belə aydın olur ki, hər şey göründüyü kimi deyil.
- İlkin olaraq, biz çox ağır şərtlərlə kredit əldə etmişik. Amma banklar sahibkarlara daha uyğun şərait yaratsalar, yolumuzu açsalar, o zaman uğurla inkişaf edərik.
- Qeyd etdiyiniz problemlərin həllini nədə görürsünüz və nə təklif edərdiniz?
- Bunun həllini şərtlərin yüngülləşdirilməsində görürürəm. Ümumiyyətlə, bir çox görüşlərdə, tədbirlərdə olmuşuq. Həmçinin İqtisadiyyat Nazirliyinin də tədbirlərində iştirak etmişik. Son tədbirlərdən biri də “Baku Crystal Hall”da keçirilən “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisi oldu. Həmin sərgidə də iştirak etdik. Orada çıxış edənlər qeyd etdilər ki, sahibkarlara dəstək olunacaq və onların iş şəraiti daha da yaxşılaşdırılacaq, o cümlədən, sahibkarların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyətlərinə şərait yaradılacaq.
Şərtləri biraz yüngülləşdirsələr, sahibkarlara şərait yaradıb, onların önünü açsalar, mənə elə gəlir ki, kiçik sahibkarlar daha sürətlə inkişaf edərlər.
- Dövlət proqramlarından yararlanmısınız?
- Dövlət proqramlarından yararlanmamışam. Çünki buna çalışsam da, nəticəsini əldə edə bilməmişəm. İqtisadiyyat Nazirliyi bəzi amilləri sadələşdirsə və rahat şərait yaratsa, kiçik sahibkarlar həddindən artıq yaxşı faəliyyət göstərərlər. Yəni ki, Dövlət Vergi Xidməti, banklar sahibkarların önünü açsalar, daha yaxşı effektini görəcəklər. Bundan başqa, Dövlət Vergi Xidmətinin nəzarətində olan nəzarət kassa aparatlarının istifadəsi daha asanlaşdırılmış bir üsul olarsa, bu, əlbbəttə ki, sahibkarlar üçün əlverişli olardı.
- Son 1 ildəki maliyyə və biznes göstəriciləriniz necədir?
- Ötən illə müqayisədə bu il fiziki və hüquqi şəxslərdə dəyişiklik var. Bu il fiziki şəxslərlə deyil, daha çox hüquqi şəxslərlə çalışırıq. Bu il demək olar ki, bizə müraciət edənlər arasında fiziki şəxslər yoxdur. Ancaq korporativ şirkətlərdir ki, onlar üçün xidmət göstəririk. Bu da bizi qane etmir. Çünki gedişatımıza təsir edir. Konkret olaraq, ötən illə müqayisədə bu il nisbətən şirkətimizin məhsul satışına təsir olub. Fiziki şəxslərin alıcılıq səviyyəsi aşağı düşüb. Bu vaxtadək isə daha yaxşı idi. Bunun da səbəbini belə izah edə bilərəm ki, fiziki şəxslərin alıcılıq qabiliyyətinin aşağı düşməsinə pul vəsaitin az olmasından irəli gəlir. Ona görə də daha çox üstünlük kreditlərə yönlənir.
Biznes göstəriciləriylə bağlı onu deyə bilərəm ki, bu il təkliflər və sorğular daha çoxdur. Əvvəllər daha yaxşı idi, amma ötən ilə nisbətən bu il artımlar var.
Fuad Mədətov
Fins.az