BİZNES

25 İyun

Özbəkistan mütəxəssisləri ilə görüş keçirilib - FOTO

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Kadastr Agentliyi arasında torpaq və əmlak idarəçiliyi, daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı üzrə informasiya ehtiyatı və sistemlərinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi məqsədilə onlayn görüş keçirilib.

Fins.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları Özbəkistanın aidiyyəti qurumu ilə görüşdə daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində təcrübə mübadiləsi aparıblar.

Görüşdə Azərbaycan və Özbəkistan mütəxəssisləri tərəfindən daşınmaz əmlakın dövlət qeydiyyatı və kadastrı sahəsində tətbiq olunan proqram təminatları, informasiya sistemləri barədə məlumat verilib, ölkəmizdə torpaqların elektron kadastr uçotunun informasiya sistemi, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən kadastr işləri, həmçinin Özbəkistanda həyata keçirilən torpaq islahatı barədə təqdimatlar edilib.

Sonda suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.