BİZNES

25 İyun

Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 367,2 milyon manat təşkil edib

Bu ilin yanvar-may aylarında Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 367,2 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 % çoxdur.