BİZNES

24 İyun

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyunun 24-də Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 gün (1032 qalıq gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Fins.az-a verilən məlumata görə , hərrac zamanı 23 investor tərəfindən qiymət intervalı 89.4533 (11.7394%) manat və 97.9000 (8.2463%) manat olan 73 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.5954 (9.1609%) manat, orta ölçülmüş qiyməti 96.4364 (8.824%) manat müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 186,638,000 manat, yerləşdirilmiş həcmi isə 55,000,000 manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il. 

Hərrac iştirakçıları 25 iyun 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Zəminə Hüseyn
Fins.az