Avrozonada istehsal və xidmət sektorunda kompozit biznes aktivliyi indeksi (PMI), may ayı ilə müqayisədə iyunda 52.8 bənddən 50.3 bəndədək enib.
Analitiklər 52.5 bəndinə kimi eniş ehtimal edirdilar. Sənaye sektorunda biznes aktivliyi indeksi 44.8 bənd səviyyəsindən 43.6 bənd səviyyəsinə kimi, xidmət sektorundə biznes aktivliyi indeksi isə 55.1 bənd səviyyəsindən 52.4 bənd səviyyəsinə kimi enib. Analitiklər indekslərin müvafiq olaraq 44.8 bənd və 54.5 bənd səviyyələrinə kimi dəyişəcəklərini proqnozlaşdırırdılar.