BİZNES

23 İyun

Azərbaycanda xarici ticarət iştirakçılarının sayı 35% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda 37 365 xarici ticarət iştirakçısı olub.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,8% çoxdur. 

Ölkədə xarici ticarətlə məşğul olanların 29 595-i fiziki şəxslər, 7 770-i isə hüquqi şəxslərdir. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 42,4% və 12,1% çoxdur.

Hüquqi şəxslərin isə 212-si dövlət, 7 558-i isə özəl sektora məxsusdur. Bunlar da illik müqayisədə müvafiq olaraq 5% və 12,3% çoxdur.