BİZNES

22 İyul

Xaricdə yüksək təhsil, tanınmayan diplomlar...

“Diplomun tanınmaması problemi təhsil alınan universitetin beynəlxalq səviyyədə tanınıb tanımamasından qaynaqlanır”.

Bunu Fins.az-a müsahibəsində “Eddeglobal” xaricdə təhsil şirkətinin sahibi Miryusif Cavadzadə deyib. 

O, qeyd edib ki, tələbənin lazımi qaydalara əməl etməməsi bu problemlərlə üzləşməyə gətirib çıxaracaq:

“Məsələn, Gürcüstanda qiyabi təhsil yoxdur, amma tələbə qiyabi təhsildən sonra diplom alır. Yaxud da rus dili bilməyən birinin Rusiyada təhsil alması kimi hallar olmaması üçün tələbələr daha diqqətli olmalıdırlar. Daha sonra Azərbaycana qayıtdıqda diplomun tanınmaması kimi problemlərlə rastlaşmazlar”.

Şirkət rəhbəri onu da vurğulayıb ki, bu məsələnin həll etməyin ən yaxşı yolu, tələbələrin beynəlxalq akkreditasiyası olan universitetlərdə təhsil almasıdır.

Leyla Fikrətqızı
Fins.az