BİZNES

22 İyul

Azərbaycanda sahibkarlar kommunikasiya problemindən əziyyət çəkirlər

“Bir çox sahibkarların özünü təqdimetmə problemi var”.

Bunu Fins.az-a müsahibəsində “Networking Azerbaijan” İşadamları Klubunun təsisçisi Orxan Hacıyev deyib.

Sahibkar olaraq rastlaşdığı müəyyən problemlərdən danışan O.Hacıyev bildirib ki, Azərbaycanda sahibkarlar kommunikasiya problemindən əziyyət çəkirlər:

“Sahibkarlar mövzuya necə daxil olmağı, yeni söhbət açmağı, həmçinin kommunikasiyanın qurulub, daha sonra necə davam etdirilə biləcəyini çox zaman bilmirlər. Təklifim odur ki, müxtəlif təlimlərə qoşularaq, kommunikasiya bacarıqlarını inkişaf etdirməlidirlər. Bu zaman çox kitab oxumaq köməyimizə yetişir. Nitq qabiliyyəti və natiqliq bacarıqlarını müxtəlif kurslara gedərək inkişaf etdirə bilərlər.

V.Hacıyev onu da qeyd edib ki, sahibkarlar tədbirlərdə həmkarlarıyla yeni əlaqələr qurmaqdan çəkinməməlidir.

Zəminə Hüseyn
Fins.az