BİZNES

22 İyun

Bəzi karqo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT

Karqo şirkətlərinin böyük zərərə uğradıqları bildirilir.

"Son zamanlar bütün dünyada olduğu kimi Azərbaycanda da əhali daha çox xarici ölkələrdən alış-verişə üstünlük verir. Xarici ölkələrdən malların daşınmasını isə karqo şirkətləri həyata keçirdir. Amma bir aya yaxındır ki, bəzi karqo şirkətləri mallarını daşımaqda çətinliklə üzləşiblər".

Bu barədə Fins.az-a müraciətində "United Logistics Group" şirkətinin rəhbəri Ülvi Əzizov məlumat verib.

Ülvi Əzizov qeyd edib ki, Azərbaycan Respublikasının hazırkı qanunvericiliyinə görə hər bir karqo şirkəti xarici ölkələrdən daşıdığı malları ancaq hava yolu ilə daşımalıdır. Bu qərar bazardakı qiymətlərin doğru tənzimlənməsi ilə əlaqədar olaraq verilib. Lakin Naxçıvan Baş Gömrük İdarəsində bu qərar düzgün formada həyata keçirilmir. 

"Belə ki, “Sürət Kargo”, “Bahar Kargo” və “Nurlu Kargo” adlı şirkətlər Türkiyənin Naxçıvan ilə sərhəd olan İğdır şəhərində anbarlar kirayələyib və məhsulları ortalama 50 manat verməklə Naxçıvan üzərindən Azərbaycana daxil edirlər. Daha sonra isə məhsulların kilosunu 40 qəpikdən Bakıya yollayırlar. Bir sözlə bu şirkətlər Bakı əhalisinə çatacaq malları Naxçıvan üzərindən qeyri-qanuni olaraq keçirdir və nəticə etibari ilə məhsulun kiloqramına 2 dollar ödəyib hava yolları ilə gətirən digər karqo şirkətlərini böyük zərərə uğradırlar. Nəticə etibari ilə Azərbaycan qanunvericiliyi kobud şəkildə pozulur".

"United Logistics Group" şirkətinin rəhbəri əlavə edib ki, Bakı Gömrük İdarəsindən verilən məlumata görə, bütün karqo şirkətləri mütləq şəkildə malları hava yolları ilə gətirməlidir: "Görünür ki, arada anlaşmazlıq var və bu anlaşmazlıq ən çox kiçik və orta sahibkar olan digər karqo şirkətlərinə zərbə vurur". 

"Mallarını dövlət tərəfindən qoyulan qanunlara riayət edərək, bütün ödənişlərini edib, hüquqi yolla  gətirən karqo şirkətləri haqsız rəqabət qarşısında böyük çətinlik yaşayır. Biz İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə dəfərlə şikayət etmişik, lakin indiyədək heç bir tədbir görülməyib. Ümid edirik ki, yaxın zamanda problem aradan qaldırılacaq", - Ülvi Əzizov deyib.

United Logistics Group şirkətinin rəhbəri Ü.Əzizov vurğulayıb ki, yuxarıda adı çəkilən 3 karqo şirkəti olan  “Bahar Kargo”, “Sürət Kargo”, “Nurlu Kargo” -nun Bakıda və Naxçıvanda fəaliyyət göstərmək üçün lisenziyaları olsa da, bəzi filallarının lisenziyası olması şübhə altındadır.

Normal bazar tarifləri:

Haqsız olduğu iddia edilən tariflər: