BİZNES

21 İyun

Azərbaycan 409 min ton buğda idxal edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 409 039 min ton buğda idxal edib.

Bu barədə Fins.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8% çoxdur. 

Həmçinin bu ilin yanvar-aprel aylarında Azərbaycan 124 milyon ABŞ dolları dəyərində buğda idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% çoxdur.

Fuad Mədətov
Fins.az