BİZNES

22 İyul

Azərbaycanda xarici məhsulların alışı proritet olub

“Hər kəs xarici məhsulları istifadə etmək məqsədiylə Türkiyə saytlarından sifariş edirlər. Təlabat hər zaman var və bu təlabət günü-gündən də böyüyür”.

Bunu Fins.az-a müsahibəsində “Kargoflex” şirkətinin sahibi Aynurə Səmədova deyib.

A.Səmədova, Türkiyənin karqo şirkəti “Trendyol” yenilik edərək, Azərbaycana birbaşa məhsulların çatdırılmasını təmin edir. O, bunu qənaətbəxş hal kimi dəyərləndirib:

“Bu proses bizim işimizə təlabatı azaltmır. Çünki çatdırılma ucuz olduğuna görə müştərilər birbaşa Azərbaycana sifariş etdikdə, uzun müddət gözləməli olurlar. Təxminən 15-20 gün gecikmə olur və ya bağlamaların gəlməyində gömrükdə problemlərlə rastlaşırlar. Bunun üçün də keçmiş standartlarda olduğu kimi, ümumiyyətlə, karqo şirkətləriylə sifariş gətirmək daha rahat hesab olunur. Fikrimcə, 100 karqo şirkəti açılsa belə təlabat azalmayacaq. Çünki xarici məhsulların alışı bizim ölkədə proritet olub.”

Şirkət rəhbəri onu da qeyd edib ki, karqo şirkətlərinə təlabat gündən-günə artır və buna görə də ən önəmli amil reyslərin davamlı olaraq sürətli çatdırılmasıdır.

Leyla Fikrətqızı
Fins.az