BİZNES

22 İyul

Sahibkar-müştəri arasında problemlərə səbəb müqavilənin olmamasıdır

“Son dövrlər deməzdim ki, problemlər mövcuddur. Dizayner özünü nə qədər təkmilləşdirsə və öz üzərində çalışsa, problemlər mimimum həddə enər”.

Bunu Fins.az-a müsahibəsində “High İnterior Design” şirkətinin rəhbəri, interyer-dizayner Leyla Naib Cabbarlı deyib.

L.Cabbarlı dizaynerlərin üzləşdiyi müəyyən problemlərdən söz açaraq bildirib ki, sahibkar olaraq müştəri arasında anlaşılmazlığa səbəb olan amillərdən biri kommunikasiyadır:

“İlk vaxtlar bu sahəyə gələndə daha çox insanlarla ünsiyyət qurmaqda problemlər olurdu. Müştəri ilə konflikt yaşanırdı. Əsas problem müştəri ilə dizayner arasında olur. Belə deyək, dizayner işi götürür, amma işi gecikdirir. Belə problemlərinin yaşanılmaması üçün tərəflər arasında müqavilə bağlanmalıdır. Sözdə razılaşma olduğu zaman dizayner çox vaxt işi yubadır. Mənə gələn şikayərlərdə müştərilər bildirirlər ki, ya dizayner işi yarımçıq qoyub, ya da işi vaxtında bitirməyib. Müştəri tərəfdən yaranan problemlər isə vaxtında ödəniş etməməsi olur”.

Dizayner onu da vurğulayıb ki, peşəkar memar-dizayner hazırda kursu bitirməklə memar-dizayner olan çox olsa da, bunun üçün xüsusi təhsil almaqları vacibdir.

Zəminə Hüseyn
Fins.az