BİZNES

22 İyul

Diplomun tanınmaması problemi tələbənin lazımi qaydalara əməl etməməsi ilə bağlıdır – Miryusif Cavadzadə

“Eddeglobal”  xaricdə təhsil şirkətinin sahibi Miryusif Cavadzadənin Fins.az-a müsahibəsi.

- “Eddeglobal” xaricdə təhsil şirkətinin əsas iş prinspi nədir?

- “Eddeglobal” 2018-ci ildə yaradılmış xaricdə təhsil şirkətdir və şirkət tələbələrə yüksək keyfiyyətli xaricdə təhsil almaq imkanı yaratmağa çalışır. Şirkət dünyanın 200-ə yaxın universitetiylə əməkdaşlıq edir və tələbələrə xaricdə təhsil almaq üçün ehtiyac olan bütün proseslərdə, o cümlədən universitetlərə müraciət, viza əldəetmə, yataqxana axtarışı və təqaüd imkanlarının təmin edilməsi mövzularında yardımçı olur.

“EddeGlobal” beynəlxalq İCEF və PIER akkreditasiyalarına malikdir. Bu, onun xidmətlərinin beynəlxalq standartlara uyğun olduğunu təsdiqləyir və şirkətin qlobal təhsil mühiti ilə sıx əlaqələrini göstərir.

- Xaricdə təhsilin prespektivləri nələrdir?

- Bu barədə bir çox nöqtəyə toxuna bilərik, ümumiyyətlə, xaricdə təhsilin prespektivləri çox genişdir. Bu, tələbələrə yeni mədəniyyətləri öyrənməyə, beynəlxalq əlaqələr qurmağa, beynəlxalq iş təcrübəsi qazanmağa və dünya standartlarına uyğun bir təhsil almağa imkanı verir.

- Xaricdə təhsil almaq istəyənlərə hansı sənədlər vacibdir və şirkətiniz bu sənədlərin toplanmasında nə dərəcədə köməklik göstərir?

- Ümumiyyətlə, tələbələrin xaricdə təhsil almaq üçün lazım olan sənədlərdən-pasport, qiymət cədvəli, Dövlət İmtahan Mərkəzinin imtahan nəticələri (Bu, universitetə görə dəyişir. (SAT, TOEFL, İELTS, GRE, GMAT, YÖS, ALES və s.)), tövsiyə məktubları, motivasiya məktubu, CV və digərləridir. Şirkətimiz bu sənədlərin toplanmasına və təqdim olunmasına geniş şəkildə dəstək olur.

- Şirkətiniz daha çox hansı ölkələrin universitetləri ilə əməkdaşlıq edir?

- Qeyd etdiyim kimi, dünyanın 200-ə yaxın universitetiylə rəsmi əməkdaşlıq edirik. Bu universitetlər ABŞ, Birləşmiş Krallıq, Kanada, Almaniya, Fransa, İtaliya, İspaniya, Polşa, Latviya, Niderland, Litva, Macarıstan, Çexiya, Avstraliya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri vəYaponiya yerləşir.

- Diplomu tanınan universitetlərdə hansı fakültələrdə təhsil alan tələbələrin Azərbaycanda rahatlıqla iş tapmaq şansı yüksəkdir?

- Xaricdə təhsil üçün çox müraciət olunan fakültələr: İqtisadiyyat-biznes, Mühəndislik, Tibb və Hüquq. Ancaq bu, həmin təhsilin keyfiyyətinə, tələbənin təcrübəsinə, şəxsi bacarıqlarına və iş bazarının tələbindən asılı olaraq dəyişir. Amma mənim məsləhətim odur ki, daha çox tələb olunan sahəni seçmək əvəzinə sevdiyiniz ixtisası seçməyiniz daha yaxş olar.

- Xaricdə yüksək təhsil verilsə də, diplomun tanınmaması probleminə görə bir çox gənc işsiz qalır. Halbuki Azərbaycanda təhsil səviyyəsi aşağı olan universitetlərin diplomu tanınır deyə rahatlıqla iş tapa bilirlər. Bu barədə nə deyə bilərsiziniz? Bu problemin həll yolunu nədə görürsünüz?

- Diplomun tanınmaması problemi təhsilin alındığı universitetin beynəlxalq səviyyədə tanınmasına  və tələbənin lazımi qaydalara əməl etməməsi ilə bağlıdır. Məsələn, Gürcüstanda qiyabi təhsil yoxdur, amma tələbə qiyabi olaraq diplom alır və ya bu proses rus dili bilməyən birinin Rusiyada təhsil almasına bənzəyir. Bu məsələni həll etməyin ən yaxşı yolu, tələbələrin beynəlxalq akkreditasiyası olan universitetlərdə təhsil almasıdır. Azərbaycanda universitet diplomlarının tanınması ENIC-NARIC tərəfindən təsdiqlənmiş bir siyahıya əsaslanır. Şirkətimiz həmçinin tələbələrə diplomun tanınması məsələsində də kömək edə bilər.

- Azərbaycanda xaricdə təhsil şirkətlərinə nə qədər təlabat var?

- Xaricdə təhsil almaq istəyən gənclərin sayı hər il artır. Bu, beynəlxalq təcrübə qazanmaq, yüksək səviyyəli təhsil almaq və yeni mədəniyyətləri öyrənmək istəyən gənclərin sayının çox olmasından irəli gəlir. Eyni zamanda, Dövlət Proqramı da yüksək büdcə tələb edən top universitetlərdə təhsil alınmasını asanlaşdırdı və savadlı tələbələrimiz üçün böyük yol açdı.

- “Eddeglobal” kollektivində çalışanlar hansı əsaslarla işə götürülüb və tələbləriniz nələrdir?

- İşə götürülən əməkdaşlarımızın təcrübəsi, problem həlletmə bacarıqları, komandada işləmə və beynəlxalq mühitdə rahat çalışma bacarıqları, o cümlədən dil bilgiləri də önəmlidir. “B2B” səviyyədə ingilis dili biliyi mütləq şərtlərimizdən biridir. Tələblərimiz vəzifəsindən asılı olaraq dəyişir, lakin burada vakantın dünya görüşü, yaradıcılıq və motivasiyası bizim üçün önəmlidir.

- Xaricdə təhsil almaq istəyən bir tələbə üçün hansı məsləhətləri verərsiniz?

- Təhsil almaq istədiyi sahəyə dair mümkün qədər çox araşdırma etməsi məsləhət görülür. Tələbə bu araşdırma prosesində ixtisasın və təhsil almaq istədiyi universitetin mühüm tərəflərini, universitetin tədris planını və ölkədəki yaşayış şəraitini öyrənməlidir. Bununla yanaşı, viza, yataqxana və digər maliyyə məsələlərinə də diqqət yetirməlidir.

Leyla Fikrətqızı
Fins.az