BİZNES

17 İyun

Bakı-Bişkek birbaşa reysi açılır

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) Bakı-Bişkek-Bakı birbaşa uçuşlarını həyata keçirməyə başlayacaq.

Bu barədə Fins.az-a Azərbaycan Qırğızıstan Ticarət Palatasının rəhbəri Zəfər Məmmədov məlumat verib.

Onun sözlərinə görə, növbəti həftədən AZAL-ın rəsmi saytında artıq Bakı-Bişkek-Bakı reysi üçün onlayn bilet sifariş etmək mümkün olacaq.

Qrafikə əsasən, uçuşlar iyulun 15-dən etibarən həyata keçiriləcək, təyyarənin Bakıdan yola düşmə saatı 22:00, Bişkekə çatma saatı isə 02:35-dir. Geri dönüş, Bişkekdən yola düşmə saatı 03:35, Bakıya çatma saat 04:45-dir.

Ətraflı məlumat üçün: +994 50 807 26 27