BİZNES

16 İyun

Azərbaycan 4 ayda metanol ixracından 31 milyon dollar gəlir əldə edib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 140 635 ton metanol ixrac edib.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.

Həmçinin bu ilin yanvar-aprel aylarında Azərbaycan 31 milyon ABŞ dolları dəyərində metanol ixrac edib ki,  bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,2% azdır.