BİZNES

14 İyun

Dəmir yolu ilə sərnişin daşımaları bu il kəskin artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-may aylarında 7,6 mln. ton yük, 2 704 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,8%, sərnişin daşınmasında isə 57,2% artım müşahidə olunub.

Məlumata görə, hesabat dövründə orta hesabla sutkada 430 vaqon yüklənilib, 416 vaqon isə boşaldılıb.

“Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 21,8 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.