BİZNES

13 İyun

Azərbaycanda ictimai iaşə dövriyyəsi 26% artıb

2023-cü ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,9% artaraq 743,3 milyon manat olub.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7%-i hüquqi şəxslərin, 49,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 28,4% artaraq 372,9 milyon manat olub.