BİZNES

13 İyun

Naxçıvanda vergi daxilolmaları 40 % artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan MR-nın Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 63,3 milyon manat vergi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 % çoxdur.

Bu barədə Fins.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, təkcə mayda isə muxtar respublikada vergi daxilolmaları 12,3 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 31,2 % çoxdur.