Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) haqqında qanuna edilməsi gözlənilən əlavə və dəyişikliklər imkan verəcək ki, onlar fəaliyyətini genişləndirsin.
Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyinin sədri Zakir Nuriyev BOKT-ların maliyyə resurslarına çıxışının zəif olması ilə bağlı deyilənləri şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu problemin həlli üçün banklar və BOKT-lar müzakirələr aparmalıdır: “Kredit verilməsi biznes məsələsidir. Banklar üçün BOKT-lar da müştəridir. Ona görə də banklarla BOKT-lar bazar qaydaları çərçivəsində müzakirələr aparmalıdır”.