BİZNES

12 İyun

Azərbaycanda 5 ayda içki və tütün məhsullarına 1 mlrd. manata yaxın vəsait xərclənib

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 964 milyon manatlıq içki və tütün məmulatları satılıb.

Bu barədə Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 409,7 manatlıq, o cümlədən 235,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 173,9 manatlıq isə qeyri-ərzaq məhsulları alıb.