BİZNES

12 İyun

4 ayda şəkər ixracından 12 milyon dollar gəlir əldə edilib

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 12,4 milyon ABŞ dolları dəyərində şəkər ixrac edib.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% çoxdur.