BİZNES

09 İyun

Bursadan Azərbaycana məhsul ixracı artıb

2023-cü ilin yanvar-may aylarında Türkiyənin Bursa şəhərindən Azərbaycana 29 milyon 625 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Fins.az Türkiyə İxracatçılar Məclisinə istinadla xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 20,5 % çoxdur.

Həmçinin bu ilin mayında Bursadan ölkəmizə 6 milyon 982 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 66,6 % artım deməkdir.