BİZNES

09 İyun

Türkiyənin Azərbaycana polad məhsulları ixracı 47 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-may aylarında Azərbaycana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz azalaraq 47,6 milyon dollara çatdırıb.

Fins.az bildirir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

May ayında Türkiyə Azərbaycana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 5,4 faiz azalaraq 9,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-may aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 38,4 faiz azalaraq, 5,9 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 1,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 34,1 faiz azdır.

Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 317,4 milyard dollar məbləğində polad ixrac edib.