BİZNES

08 İyun

Azərbaycanda tədiyə balansının qalığı artıb

2022-ci ildə Azərbaycanın tədiyə balansının ümumi qalığı (ehtiyat akitvlərin dəyişməsi) 3 milyard 453.8 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur. Ötən ilin birinci rübündə bu rəqəm 1 milyard 572.4 milyon dollar olub.

Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 376.2 milyon ABŞ dollarlıq qalıq (1 il əvvələ nisbətən 14,6% az), maliyyə hesabındakı 1 milyard 302.6 milyon ABŞ dolları ( ötən ilin eyni dövründə 1 195.6 milyon dollar kəsir olub) və 3,4 milyon dollar kapital hesabı (2022-ci ilin I rübündə 0,3 milyon dollar kəsir ) əsasında formalaşıb.