BİZNES

06 İyun

Azərbaycanın hava nəqliyyatı ilə sərnişin daşımalarından gəlirləri kəskin artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda hava nəqliyyatı ilə yük daşınmalarından əldə olunan gəlir 548 768 min manat təşkil edib, bu da illik müqayisədə 37,4% azdır.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 877 190,7 min manat səviyyəsində olub.

Məlumata görə, hesabat dövründə hava nəqliyyatı ilə sərnişin daşınmalarında əldə olunan gəlir 284 782,8 min manat olub, bu da 68,5% artım deməkdir.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan nəqliyyat növü ilə sərnişin daşınmalarında əldə olunan gəlir 168 963,8 min manat olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda hava nəqliyyatı ilə 83 min ton yük və 539 min sərnişin daşınıb ki, bu da illik müqayisədə müvafiq olaraq 45,6% az və 47,9% çoxdur.