BİZNES

06 İyun

Bakı metrosunun sərnişin daşımalarından gəlirləri 40%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə sərnişin daşımalarından əldə olunan gəlir 18 639 min manat olub, bu da illik müqayisədə 40,6% çoxdur.
 
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 13 255,7 min manat təşkil edib.
 
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Bakı metropoliteni tərəfindən 52 678,3 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 15,4% çoxdur.
 
Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.