Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşınmalarından əldə olunan gəlir 62 907,5 min manat təşkil edib, bu da illik müqayisədə 50,9% çoxdur.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 41 685,6 min manat səviyyəsində olub.
Məlumata görə, hesabat dövründə dəniz nəqliyyatı ilə sərnişin daşınmalarında əldə olunan gəlir 1 042,9 min manat olub, bu da 7,5% azalma deməkdir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan nəqliyyat növü ilə sərnişin daşınmalarında əldə olunan gəlir 1 127,3 min manat olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda dəniz nəqliyyatı ilə 1 824,3 min ton yük və 4,7 min sərnişin daşınıb ki, bu da illik müqayisədə müvafiq olaraq 28% və 80,8% çoxdur.