Bu ilin yanvar-mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşınmalarından əldə olunan gəlir 104 897,1 min manat təşkil edib, bu da illik müqayisədə 48,4% çoxdur.
Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 70 960 min manat səviyyəsində olub.
Məlumata görə, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə sərnişin daşınmalarından əldə olunan gəlir 1 735,6 min manat olub, bu da 2,6 dəfə artım deməkdir.
Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə qeyd olunan nəqliyyat növü ilə sərnişin daşınmalarında əldə olunan gəlir 657,6 min manat olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda dəmir yolu ilə 4 457,4 min ton yük və 1 509,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə müvafiq olaraq 17% və 60% çoxdur.