Bu ilin yanvar-aprel aylarında Azərbaycan 3,8 milyon ABŞ dolları dəyərində sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitəsi (əsasən avtobus) idxal edib.
Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 dəfə azdır.