BİZNES

24 May

Azərbaycan bu il 24,9 milyon dollar dəyərində ət idxal edib

Azərbaycan bu ilin yanvar-aprel aylarında 24,9 milyon dollar dəyərində ət idxal edib. Bu, illik müqayisədə 3,7 milyon dollar çoxdur.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkəyə 14,2 min ton ət idxal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 16,5% çoxdur.

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,47%-ni təşkil edib.