BİZNES

24 May

Azərbaycanın ixracında MDB ölkələrinin payı azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ixracının 3,8%-i MDB ölkələrinə, 67,2%-i Avropa İttifaqı ölkələrinə, 29%-i isə digər ölkələrə həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Fins.az-a verilən məlumata görə, bu rəqəmlər ötən ilin eyni dövründə müvafiq olaraq 5,37%, 63,93% və 30,7% olub.