BİZNES

24 May

Dünya Bankının nümayəndələri ilə görüş keçirilib - FOTO

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Fins.az xəbər verir ki, görüşdə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsi, tenderlərin səmərəliliyinin artırılması, dövlət satınalmaları sahəsində aparılan islahatlar barədə müzakirələr aparılıb.

Müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə Dünya Bankının rolu qeyd edilib.