BİZNES

24 May

Büdcə kəsirinin 70%-i daxili borcalma hesabına maliyyələşdirilib

Ötən il 1384,9 mln. manat büdcə kəsirini maliyyələşdirmək üçün daxili borclanma hesabına 976,3 mln. manat, özəlləşdirilmədən 115,4 mln. manat, xaricdən cəlb edilən kreditlər hesabına isə 259,7 mln. manat vəsait yönəldilib.

Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Qeyd edək ki, ötən il 33,5 mln. manat vəsait dövlət büdcəsinin sərbəst qalığı hesabına ötürülüb.