BİZNES

24 May

Ötən il daha çox dövlət satınalması IV rübdə həyata keçirilib

2022-ci ildə əksər satınalma metodları üzrə məbləğ və say ifadəsində daha çox satınalma IV rübdə həyata keçirilib.

Fins.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Təqdim edilmiş məlumatlara görə, il ərzində satınalma metodlarının say baxımından 40,5%-i ilin birinci yarısında, 59,5%-i isə ikinci yarısında tətbiq edilmişdir. Məbləğ ifadəsində bu göstəricilər 44,1% və 55,9% olmuşdur. Keçirilmiş satınalmaların məbləğ baxımından 2022-ci ilin rübləri üzrə dinamikası aşağıdakı kimi olub.

Dövlət satınalmalarının məbləğ ifadəsində 35,1%-i və ya 2379,9 mln. manatı, o cümlədən açıq tender üzrə satınalmaların 28,2%-i və ya 628,5 mln. manatı, elektron açıq tender üzrə satınalmaların 43,0%-i və ya 517,5 mln. manatı, kotirovka sorğusu üzrə satınalmaların 44,1%-i və ya 30 mln. manatı, təkliflər sorğusu üzrə satınalmaların 68,7%-i və ya 689,0 mln. manatı, bir mənbədən keçirilən satınalmaların 22,6%-i və ya 515,0 mln. manatı ilin IV rübünü əhatə edib.