BİZNES

24 May

Dövlət rüsumu üzrə büdcə daxilolmaları proqnoza qarşı 14% az icra olunub

2022-ci ildə dövlət rüsumu üzrə daxilolmalar 363,5 milyon manat proqnoza qarşı icra 312,7 milyon manat və ya 50,8 milyon manat (14%) az olunub.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatda bildirilib.

Bu göstərici 2021-ci ilə nisbətən 114,2 milyon manat və ya 57,5% çoxdur.

Qeyd edək ki, proqnoza nisbətən az daxilolmaya səbəb 2022-ci il üzrə dövlət rüsumu tutulan xidmətlər və hüquqi hərəkətlər üzrə istifadənin sayının 2021-ci il ilə müqayisədə 33,2% və ya 217,2 min manat azalaraq 436,7 min təşkil etməsi, eyni zamanda satılmış aksiz markalarının sayının isə 2021-ci il ilə müqayisədə 315,7 milyon ədəd və ya 29,4% azalaraq 756,3 milyon ədəd təşkil etməsi ilə əlaqədar olub.