BİZNES

23 May

"Caspian Enegery Investment Forum" Vitam şirkətinin iştirakı ilə baş tutub - FOTO

"Caspian Enegery Investment Forum" 2023 may ayının 17-də Vitam şirkətinin iştirakı ilə baş tutub.

Fins.az xəbər verir ki, Özbəkistanın Daşkənd şəhərində baş tutan forumda Vitam şirkəti 4 filialı ilə birgə iştirak edərək, Vitam Özbəkistanın təşkilatçılığı ilə tədbirin gedişatında mühüm rol oynayan stendlər, brand wall və s. həllər təqdim edib.

“Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və "Caspian Energy Club"un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Vitam şirkəti də öz fonunda 4 filialının iştirakı ilə tədbirin baş tutmasında, yerli və xarici bazar arasında biznes körpüsünün təkmilləşdirilməsində və eyni zamanda Özbəkistanda təsis ediləcək istehsal müəssisəsi ilə bağlı tanıtımın edilməsində müstəsna rol oynayıb.

Vitam şirkətinin Özbəkistan filialının təşkilati dəstəyi fonunda həyata keçirilən forum Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olundu. Tədbirdə Vitam şirkəti Azərbaycanın ixracat potensialının yüksəldilməsi istiqamətində danışıqlarda iştirak edərək öz sahəsində təkmilləşdirmə planlarının ilkin addımlarını atdı. Özbəkistan bazarının tələb və təkliflərini nəzərə alaraq bazarın psixologiyası analiz edilmiş, Vitam şirkətinin öz məhsul və xidmətlərini Özbəkistan ərazisində fəaliyyətinə start verilməsi istiqamətində tədbirlərə start verilmişdir. Tədbirdə Vitam şirkətinin Özbəkistan, Azərbaycan, ABŞ və Niderland filialları iştirak edərək şirkətin gələcəkdəki uğurları uçub atıla biləcək addımlar müzakirə olunmuşdur.

Həmçinin, tədbirin həyata keçirilməsində misilsiz rol oynayan Vitam şirkətinin Özbəkistan filialı müxtəlif reklam və mebel həlləri ilə öz fərqini bir daha ortaya qoymuşdur. Vitam şirkətinin peşəkar komandasının səyi nəticəsində müxtəlif növ reklam konstruksiyaları, brendvol, pop-up, roll-up həlləri tədbirin baş tutmasına təkan verib. Şirkətin təchiz etdiyi həllərin keyfiyyəti ilə fərqlənməyindən əlavə, beynəlxalq arenada da bütün standartlara cavab verdiyi bir daha sübut olundu.