BİZNES

23 May

VITAM 5-ci ölkədə, 3-cü istehsalat müəssəsinin fəaliyyətinə başlayacaq - Fərid Nemətzadə

VITAM şirkəti Caspian Energy tərəfindən Özbəkistanın paytaxtı – Daşkənd şəhərində beynəlxalq "Caspian Energy Investment Forum Tashkent-2023" keçirilən tədbirə Niderland, ABŞ, Özbəkistan və Azərbaycan filiallarının nümayəndələri ilə birlikdə qatıldığını xüsusi qeyd etmək istəyirəm.

Fins.az xəbər verir ki, bunu VITAM şirkətinin kommersiya direktoru Fərid Nemətzadə öz "Facebook" hesabında paylaşıb.

Onu da əlavə edib ki, Özbəkistan səfərimizin bizə ən xüsusi tərəfi ondan ibarət oldu ki, artıq uzun müddətdir gözlədiyimiz, Daşkəndə yerləşəcək istehsalatımızın hazır olması ilə bağlı əsas məsələləri həll etdik və deyə bilərəm ki, yaxın günlər içərisində, VITAM 5-ci ölkədə , 3-cü istehsalat müəssəsinin fəaliyyətinə başlayacaqdır.

Qeyd edək ki, mayın 17-də Caspian Energy tərəfindən Özbəkistanın paytaxtı – Daşkənd şəhərində beynəlxalq "Caspian Energy Investment Forum Tashkent-2023" keçirilib. Daha sonra "OilGas Uzbekistan" sərgisinə visit baş tutub. Caspian Energy Özbəkistanın idarə heyətinin sədri Tehran Aliyev -in rəhbərliyi altında baş tutmuş forumda Xəzər, Qara dəniz və Baltik regionları ölkələrinin dövlət strukturlarının, şirkətlərin rəhbərləri və nümayəndələri ilə maraqlı görüşlərlə yanaşı, Özbəkistanın investisiya potensialı, orta dəhlizin inkişafı, ixrac və idxal imkanları, rəqəmsal iqtisadiyyat, "Yeni Daşkənd" layihəsinin həyata keçirilməsi və türkdilli ölkələrin Avropa ilə əməkdaşlığı kimi mövzulara toxunulub.