BİZNES

23 May

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları artıb

2023-ci il may ayının 1-nə banklar vasitəsi ilə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 20,379.6 mln. manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, aprel ayının 1-nə olan göstərici ilə müqayisədə 1.7% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 14.2% və ya 2 mlrd. 539.2 mln. manat artıb. Belə ki, 2022-ci ilin may ayının 1-nə kredit qoyuluşlarının həcmi 17,840.4 mln. manat təşkil edib.