BİZNES

23 May

Bank sektorunun aktivləri artıb

Bu il may ayının 1-nə Azərbaycanın bank sektoru 45582,7 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13,5% çoxdur.

Bankların aktivlərinin 20379,6 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 14,2 % böyüyüb.

Hesabat dövründə, bank sektorunun öhdəlikləri 13.1% artaraq 39,771.3 milyon manata, o cümlədən depozit portfeli 13,1% artaraq 32,366.9 milyon manata çatıb. Bunun 11,955.4 milyon manatı fiziki, 20,411.5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 17.2%, şirkətlərin banklardakı vəsaitləri isə 11.7% artıb.

Son bir ildə bank sektorunun balans kapitalı isə 16.5 % artaraq 5,811.4 milyon manat təşkil edib.