BİZNES

22 May

Azərbaycan üçün prioritet sahələr sənaye, nəqliyyat, enerji keçididir – Mikayıl Cabbarov

Son dörd ildə qeyri-neft və qaz sektorundan gələn gəlirin həcmi iki dəfə artıb.

Fins.az xəbər verir ki, bunu mayın 22-də Vilnüsdə Litva-Azərbaycan Biznes Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Azərbaycan ölkə iqtisadiyyatının və eksportunun diversifikasiyası üzərində işləyir və hesab edirəm ki, burada nəticələrin olduğunu deyən M.Cabbarov Azərbaycan üçün prioritet sahələri açıqlayıb:

“Hesab edirəm ki, Litva və Azərbaycan arasında investisiya ilə bağlı hüquqi çərçivələrin olduğunu vurğulamaq vacibdir ki, bura investisiyaların qorunması ilə bağlı razılaşma, ikiqat vergitutmanın qarşısının alınması ilə bağlı saziş və s. daxildir. Azərbaycan üçün prioritet sahələr sənaye, nəqliyyat, enerji keçididir. Azərbaycan ənənəvi olaraq neft və qaz ixrac etsə də biz bərpaolunan enerji üzərində də işləyirik və artıq ixrac edən ölkəyə çevrilirik”.

Nazir diqqəti Azərbaycanın strateji coğrafi mövqeyinə yönəldərək vurğulayıb ki, son 20 ildə nəqliyyat infrastrukturunun inkişafına böyük investisiya qoyulub.