BİZNES

22 May

Azərbaycan 43.3 min ton pomidor ixrac edib

Azərbaycan bu ilin yanvar-aprel aylarında 54.1 milyon dollar dəyərində 43.3 min ton pomidor ixrac edib.

Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 4 milyon dollar və ya 7% azalıb.

Əlavə edək ki, ötən ilin yanvar-aprel aylarında Azərbaycandan 58.2 milyon dollar dəyərində 48 min ton pomidor ixrac edilib.