BİZNES

22 May

Azərbaycanın xarici ticarət dövriyyəsi 13% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 17,883 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Fins.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 12,7% çoxdur.

4 aylıq xarici ticarət dövriyyəsinin 12,585 milyard dolları ixracın, 5,298 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,45%, idxal isə 31,1% artıb.

Son nəticədə xarici ticarətdə 7,287 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 6,4% azdır.