2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycan 2 milyon 142.81 min dollar dəyərində 239.9 ton çay ixrac edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məbləğ baxımından 36.2% və ya 1 milyon 216.87 min dollar, həcm baxımından isə 296.41 ton və ya 55% azdır.
Qeyd edək ki, hesabat dövründə ixrac edilən çayın hər tonunun orta qiyməti 42.6% artaraq 8932 dollara bərabər olub. Ötən ilin müvafiq dövründə bu göstərici 6264 dollara bərabər idi.
Xatırladaq ki, cari ilin ilk 4 ayında çayın ümumi ixracda xüsusi çəkisi 0.02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.18%-ə bərabər olub.