BİZNES

19 May

Azərbaycanda 36 minə yaxın maliyyəçi var

Bu il aprelin 1-nə Azərbaycanda 35,7 min maliyyəçi olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, ötən il aprelin 1-i ilə müqayisədə 9,5% çoxdur.

Maliyyəçilərin 7,1 mini dövlət sektorunda, 28,6 mini isə özəl sektorda çalışır. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 6% və 10,4% çoxdur.