BİZNES

19 May

Azərbaycan alüminiumun ixracını cüzi artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 73 450,95 min ABŞ dolları dəyərində 27 416,42 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib.

Dövlət Gömrük Komitəsindən Fins.az-a bildirilib ki, hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 27,3 % azalıb, həcmi isə 0,46% artıb.

Məlumata görə, hesabat dövründə alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 6,19% təşkil edib.

Xatırladaq ki, ötən il Azərbaycan 217 560,83 min ABŞ dolları dəyərində 68 263,58 ton alüminium və ondan hazırlanan məmulatları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi alüminium və ondan hazırlanan məmulatların dəyəri 2021-ci ilin göstəricisi ilə müqayisədə 15,4%, həcmi isə 1,35% artıb. Ötən il alüminiumun ümumi qeyri-neft sektoru üzrə ixracda payı 7,14% təşkil edib.