2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri 33 milyon 188 min dollar təşkil edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 15 milyon 304 min dollar və ya 85.6% çoxdur.
Qeyd edək ki, cari ilin ilk 4 ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,63%-nə bərabər olub.