BİZNES

18 May

Dəmir yolu ilə sərnişin daşımaları artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-aprel aylarında 5,9 milyon ton yük, 2077,4 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,4%, sərnişin daşınmasında isə 54,8% artım müşahidə olunub.

“Orta hesabla sutkada 437 vaqon yüklənilib, 417 vaqon isə boşaldılıb, - məlumatda qeyd olunur.

Hesabat dövründə sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 22,2 min ton, Qərb istiqaməti üzrə 3 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.